PA rəsmisi: "Ermənilər öz keçmişinə baxmağa cəsarət edə bilmirlər"

PA rəsmisi: "Ermənilər öz keçmişinə baxmağa cəsarət edə bilmirlər" Onlar arxaya boylananda qaranlıq və ləkəli keçmişlə qarşılaşacaqlarından ehtiyatlanırlar
Xarici siyasət
31 Mart , 2016 11:17
PA rəsmisi: Ermənilər öz keçmişinə baxmağa cəsarət edə bilmirlər

Bakı. 31 mart. REPORT.AZ/ Bəzi xalqlar öz keçmişinə baxmağa cəsarət edə bilmirlər. Bu xalqlar arasında biz erməni xalqını vurğulaya bilərik.

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin böyük məsləhətçisi Məhsəti Əliyeva Bakıda keçirilən "Soyqırımlara son" beynəlxalq konfransında deyib.
O, bildirib ki, ermənilər arxaya boylananda qaranlıq və ləkəli keçmişlə qarşılaşacaqlarından ehtiyatlanırlar: "Keçmişinə baxmağa cəsarət edə bilməyən xalqlar arasında erməniləri vurğulaya bilərik. Çünki onlar arxaya boylananda qaranlıq və ləkəli keçmişlə qarşılaşacaqlarından ehtiyatlanırlar".
M.Əliyeva bildirib ki, Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, gələcəyinə inamla baxdığı kimi keçmişinə də alnıaçıq və şərəflə baxır.

Son xəbərlər

Orphus sistemi