Bakı. 2 sentyabr. REPORT.AZ/ Özbəkistanın Azərbaycandakı səfirliyi prezident İslam Kərimovun vəfatı ilə əlaqədar bu ölkənin Müstəqillik Günü münasibətilə Bakıda keçiriləcək rəsmi tədbiri ləğv edib.
Bu barədə "Report"a Özbəkistanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Qeyd edək ki, tədbirin sentyabrın 6-da keçirilməsi planlaşdırılırdı.