Nyu-Yorkda Azərbaycan və Avstraliya XİN başçıları arasında görüş keçirilib

Nyu-Yorkda Azərbaycan və Avstraliya XİN başçıları arasında görüş keçirilib Görüşdə ölkələrimiz arasında siyasi dialoqun inkişaf etdirilməsinin vacibliyi vurğulanıb
Xarici siyasət
21 Sentyabr , 2016 12:59
Nyu-Yorkda Azərbaycan və Avstraliya XİN başçıları arasında görüş keçirilib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirakı çərçivəsində avstraliyalı həmkarı, xanım Culiya Bişop ilə görüşüb.

XİN-dən "Report"a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında siyasi dialoqun, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Nazirlər parlamentlərarası münasibətlərin inkişaf etdirilməsi, yüksək səviyyəli qarşılıqlı səfələrin təşkil edilməsi və iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparıblar.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud status-kvonun ATƏT Minsk qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində bəyan etdikləri kimi qəbuledilməz və qeyri-davamlı olduğunu bildirib.

Görüşdə tərəflər BMT Baş Assambleyasının 71-ci sessiyasının gündəliyi və qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər ətarfında müzakirələr aparıblar.

Son xəbərlər

Orphus sistemi