Norveç səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Norveç səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib Səfir: "Süfrəniz həmişə bol olsun, ocağınız həmişə yansın"
Xarici siyasət
19 Mart , 2016 16:23
Norveç səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Bakı. 19 mart. REPORT.AZ/ Norveçin Azərbaycandakı səfiri Bard İvar Svendsen Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

"Report"un məlumatına görə, təbrikdə səfir bayram ənənələrinin Azərbaycan xalqı üçün çox vacib olduğunu bildirib.

"Ona görə mən şadam ki, bu gündə Azərbaycan xalqını təbrik edə bilirəm. Mən sizə sülh, səadət və sağlamlıq arzu edirəm. Süfrəniz həmişə bol olsun, ocağınız həmişə yansın", - deyə səfir təbrikdə vurğulayıb.

Son xəbərlər

Orphus sistemi