Yuxarı

Norveç səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Səfir: Süfrəniz həmişə bol olsun, ocağınız həmişə yansın

Bakı. 19 mart. REPORT.AZ/ Norveçin Azərbaycandakı səfiri Bard İvar Svendsen Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

"Report"un məlumatına görə, təbrikdə səfir bayram ənənələrinin Azərbaycan xalqı üçün çox vacib olduğunu bildirib.

"Ona görə mən şadam ki, bu gündə Azərbaycan xalqını təbrik edə bilirəm. Mən sizə sülh, səadət və sağlamlıq arzu edirəm. Süfrəniz həmişə bol olsun, ocağınız həmişə yansın", - deyə səfir təbrikdə vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi