Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ali səviyyəli toplantısı keçiriləcək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ali səviyyəli toplantısı keçiriləcək Mayın 19-20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Səudiyyə Ərəbistan Krallığında Ali Səviyyəli Toplantısı keçiriləcək.
Xarici siyasət
18 May , 2024 10:49
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ali səviyyəli toplantısı keçiriləcək

Mayın 19-20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Səudiyyə Ərəbistanında Ali Səviyyəli Toplantısı keçiriləcək.

"Report" xəbər verir ki, toplantı mərkəzin Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzi və BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə əməkdaşlığı çərçivəsində "Dəyişən Dünyada Yaxın Şərq: Qeyri-Müəyyənliklər, Risklər və İmkanlar" başlığı altında baş tutacaq.

Tədbirdə Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin sədri Şəhzadə Turki Al Faysal, Mərkəzin həmsədrləri Vayra Vike-Frayberqa və İsmayıl Səragəldin, BMT-nin Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi və BMT Baş katibinin müavini Migel Angel Moratinos, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bosniya və Herseqovinanın sabiq prezidenti Mladen İvaniç, Bolqarıstanın sabiq prezidentləri Rozen Plevneliyev və Petar Stoyanov, Latviyanın sabiq prezidenti Valdis Zatlers, Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç, BMT Baş Assambleyasının 75-ci Sessiyasının prezidenti Volkan Bozkır, Monteneqronun sabiq prezidenti Filip Vuyanoviç və sabiq müdafiə naziri Miliça Peyanoviç-Durisiç, Bosnia və Herseqovinanın BMT-də Daimi Nümayəndəsi və sabiq Baş naziri Zlatko Laqumdziya, Avstriyanın sabiq federal xarici işlər naziri və sabiq Avrupa komissarı Benita Ferrero-Valdner, Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musa, Isveçin sabiq Baş naziri Stefan Löfven, Fransa senatının üzvü Natali Qule daxil olmaqla dünyanın 10-dan çox ölkəsindən 100-ə yaxın qonaq iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi