Nazir müavini: Laos Azərbaycanın təcrübəsini öyrənmək üçün məsləhətləşmələrə qoşulacaq

Nazir müavini: Laos Azərbaycanın təcrübəsini öyrənmək üçün məsləhətləşmələrə qoşulacaq Laos nümayəndələri heyəti ölkəsinin Könüllü Milli Hesabatının hazırlanması ilə bağlı təcrübəsini bölüşmək və eyni zamanda Azərbaycanın təcrübəsini öyrənmək üçün məsləhətləşmələrə qoşulacaq.
Xarici siyasət
7 May , 2024 12:32
Nazir müavini: Laos Azərbaycanın təcrübəsini öyrənmək üçün məsləhətləşmələrə qoşulacaq

Laos nümayəndələri heyəti ölkəsinin Könüllü Milli Hesabatının hazırlanması ilə bağlı təcrübəsini bölüşmək və eyni zamanda Azərbaycanın təcrübəsini öyrənmək üçün məsləhətləşmələrə qoşulacaq.

"Report" xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, Qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda keçirilən 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda çıxışı zamanı deyib.

O, qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi ilə bağlı mövzuya da toxunub:

"Beynəlxalq Əmək Təşkilatının hesablamasına görə, qayğı iqtisadiyyatına qoyulacaq sərmayələr nəticəsində 2035-ci ilədək ümumilikdə 299 milyon iş yerinin yaranması gözlənilir. Bunun da 78 %-i qadınların payına düşəcək. Nəticədə 2035-ci ilədək dünya üzrə məşğulluq səviyyəsi ümumilikdə 6.3 faiz, qadınların məşğulluq səviyyələrinin isə 10 % artacağı gözlənilir və nəticədə məşğulluqdakı gender fərqinin 7.5 faiz bəndi azalacağı proqnozlaşdırılır”.

Son xəbərlər

Orphus sistemi