Nazir müavini: Azərbaycanla Polşa arasında münasibətlər tarixi köklərə əsaslanır

Nazir müavini: Azərbaycanla Polşa arasında münasibətlər tarixi köklərə əsaslanır Azərbaycan ilə Polşa arasında münasibətlər tarixi köklərə əsaslanır.
Xarici siyasət
30 Aprel , 2024 20:34
Nazir müavini: Azərbaycanla Polşa arasında münasibətlər tarixi köklərə əsaslanır

Azərbaycan ilə Polşa arasında münasibətlər tarixi köklərə əsaslanır.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev Polşa Konstitusiyasının qəbulunun 233-cü ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

“Azərbaycanla Polşa arasında mövcud olmuş əlaqələr dövlətlərarası münasibətlərimizin tarixi rəmzi kimi çıxış edir”, - o bildirib.

F.Rzayevin sözlərinə görə, ölkələr arasında siyasi dialoq yüksək səviyyədədir.

Nazir müavini həmçinin qeyd edib ki, ölkələr çoxtərəfli əməkdaşlığın inkişafı üçün böyük potensiala malikdir.

Son xəbərlər

Orphus sistemi