Naxçıvan və İranın Şərqi Azərbaycan gömrük idarələrinin rəisləri arasında görüş keçirilib

Naxçıvan və İranın Şərqi Azərbaycan gömrük idarələrinin rəisləri arasında görüş keçirilib Görüşdə bu sahədə əməkdaşlığın genişləndirilməsi, sərhəddən insanların və malların rahat keçməsi ilə bağlı müzakirələr aparılıb
Xarici siyasət
21 Avqust , 2015 19:20
Naxçıvan və İranın Şərqi Azərbaycan gömrük idarələrinin rəisləri arasında görüş keçirilib

Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov İranın Şərqi Azərbaycan vilayətinə səfər edib.

"Report"un Azərbaycanın Təbrizdəki baş konsulluğuna istinadən verdiyi məlumata görə, səfər İranın Şərqi Azərbaycan vilayətinin gömrüklərinin rəisi Nəsir Novruzinin dəvəti əsasında baş tutub.

Görüşdə iki ölkənin gömrük idarələrinin rəisləri bu sahədə əməkdaşlığın genişləndirilməsi, sərhəddən insanların və malların rahat keçməsi ilə bağlı müzakirələr aparıblar.

Həmçinin Naxçıvan MR-nin sərhədində yerləşən "Araz" Azad Ticarət və Sənaye Zonası ilə əməkdaşlığın genişləndirilməsi məsələsi də nəzərdən keçirilib.

Görüşdə həmçinin Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə də iştirak edib.

Son xəbərlər

Orphus sistemi