Yuxarı

Naxçıvan və İranın Şərqi Azərbaycan gömrük idarələrinin rəisləri arasında görüş keçirilib

Görüşdə bu sahədə əməkdaşlığın genişləndirilməsi, sərhəddən insanların və malların rahat keçməsi ilə bağlı müzakirələr aparılıb

Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov İranın Şərqi Azərbaycan vilayətinə səfər edib.

"Report"un Azərbaycanın Təbrizdəki baş konsulluğuna istinadən verdiyi məlumata görə, səfər İranın Şərqi Azərbaycan vilayətinin gömrüklərinin rəisi Nəsir Novruzinin dəvəti əsasında baş tutub.

Görüşdə iki ölkənin gömrük idarələrinin rəisləri bu sahədə əməkdaşlığın genişləndirilməsi, sərhəddən insanların və malların rahat keçməsi ilə bağlı müzakirələr aparıblar.

Həmçinin Naxçıvan MR-nin sərhədində yerləşən "Araz" Azad Ticarət və Sənaye Zonası ilə əməkdaşlığın genişləndirilməsi məsələsi də nəzərdən keçirilib.

Görüşdə həmçinin Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə də iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi