Mövlud Çavuşoğlu: "Azad edilən ərazilərin inkişafı ilə bağlı lazımi dəstəyi veririk"

Mövlud Çavuşoğlu: "Azad edilən ərazilərin inkişafı ilə bağlı lazımi dəstəyi veririk" “Azərbaycanda olmaqdan məmnunluq duyuram. Xocalıda həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirəm”.
Xarici siyasət
5 Mart , 2022 14:46
Mövlud Çavuşoğlu: Azad edilən ərazilərin inkişafı ilə bağlı lazımi dəstəyi veririk

“Azərbaycanda olmaqdan məmnunluq duyuram. Xocalıda həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirəm”.

“Report”un xəbərinə görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

“Şuşa Bəyannaməsi parlamentlərimiz tərəfindən təsdiq edilib. Biz bəyannamə ilə tarixi bir addım atdıq. Sənəddə bir sıra vacib məqamlar var“, - XİN başçısı vurğulayıb.

Onun sözlərinə görə, iki ölkə arasında sərbəst ticarət anlaşmasının başlaması önəmlidir: "Bu istiqamətdə çalışmağa davam edirik. İşğaldan azad edilən ərazilərin inkişafı ilə bağlı da əlimizdən gələn dəstəyi veririk".

Son xəbərlər

Orphus sistemi