Minskdə MDB ölkələri Daimi Nümayəndələr Şurasının növbədənkənar iclası olub

Minskdə MDB ölkələri Daimi Nümayəndələr Şurasının növbədənkənar iclası olub . Şuranın növbəti iclasının martın 15-də keçirilməsi qərara alınıb
Xarici siyasət
24 Fevral , 2016 21:23
Minskdə MDB ölkələri Daimi Nümayəndələr Şurasının növbədənkənar iclası olub

Bakı. 24 fevral. REPORT.AZ/ Minskdə MDB-nin İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan dövlətlərin Təşkilatın nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələri Şurasının növbədənkənar iclası keçirilib.

MDB qərargahının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, daimi nümayəndələr Birliyin MDB-nin vahid büdcəsindən maliyyələşdirilən orqanlarının fəaliyyətini və 2016-cı ildə Birliyin ali orqanlarının iclaslarına təqdim ediləcək sənədlərin hazırlanması planını müzakirə ediblər.

Müzakirələrin yekunu üzrə müvafiq qərar qəbul edilib. Şuranın növbəti iclasının martın 15-də keçirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi