Mərakeş səfiri Həsən Hami müəllif olduğu kitabın təqdimatı təxirə salınıb

Mərakeş səfiri Həsən Hami müəllif olduğu kitabın təqdimatı təxirə salınıb Buna səbəb “Qanun” nəşriyyatının rəhbərinin həyat yoldaşının yol-nəqliyyat hadisəsində ölümü olub
Xarici siyasət
12 Fevral , 2015 21:28
Mərakeş səfiri Həsən Hami müəllif olduğu kitabın təqdimatı təxirə salınıb

Bakı. 12 fevral. REPORT.AZ/ Fevralın 13-ə Mərakeşin Azərbaycandakı səfiri Həsən Hami Bakıda özünün "Sparkling Ashes Over the Rainbow" (Göy qurşağı üzərində parlaq kül) adlı romanının təqdimat mərasimi təxirə salınıb.

Bu barədə “Report”a məlumat verən səfir Həsən Hami bildirib ki, buna səbəb kitabı nəşr edən “Qanun” nəşriyyatının rəhbəri, jurnalist Şahbaz Xuduoğlunun həyat yoldaşının yol-nəqliyyat hadisəsində ölümü olub.

Səfir bildirib ki, təqdimatın yeni tarixi hələ bəlli deyil.

Qeyd edək ki, kitabın əsas mövzusu insan fəaliyyəti nəticəsində baş verən qlobal istiləşmə və iqlimin dəyişməsi problemidir. Romanın personajlarından biri Hopenhagendə iqlim dəyişilməsi üzrə beynəlxalq konfransda iştirak edən azərbaycanlı jurnalist qızdır.

Son xəbərlər

Orphus sistemi