MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub

MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub MDB ölkələrinin diplomatik nümayəndəliklərinin rəhbərləri faşizm üzərində Qələbənin 79-cu ildönümünün qeyd olunması ərəfəsində Bakının Nərimanov rayonundakı “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyublar.
Xarici siyasət
8 May , 2024 18:21
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub

MDB ölkələrinin diplomatik nümayəndəliklərinin rəhbərləri faşizm üzərində Qələbənin 79-cu ildönümü ərəfəsində Bakının Nərimanov rayonundakı “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyublar.

“Report” Rusiya səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə MDB ölkələrinin Azərbaycanda akkreditə olunmuş Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan diplomatik nümayəndəliklərinin rəhbərləri iştirak ediblər.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov çıxışında faşizmə qarşı mübarizədə azadlıq və müstəqillik uğrunda canlarını fəda etmiş sovet əsgərlərinin dəfn olunduğu Yasamal və Sabunçu qəbiristanlıqlarının ərazisində Rusiya səfirliyinin köməyi ilə yerli hakimiyyət orqanları tərəfindən həyata keçirilən bərpa işlərinin davam etdirilməsinin vacibliyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi