Bakı. 15 iyun. REPORT.AZ/ Macarıstan Parlamentinin sədri, hakim FİDES partiyasının liderlərindən olan Laslo Köverin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 16-da Azərbaycana səfərə gəlir. Bu barədə “Report”a Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.
İşgüzar xarakter daşıyan səfər zamanı
Səfərin başqa bir məqsədi isə paytaxt Bakı şəhərində keçirilən I Avropa Oyunları ilə tanış olmaq, bu sahədə Azərbaycanın təcrübəsini daha yaxından öyrənməkdir. Bakıda olduğu günlərdə Köver macar idmançılarının qatıldıqları yarışları izləyəcək, habelə Macarıstan milli komandasının üzvləri ilə ayrıca görüş keçirəcək.
Macarıstan parlamenti sədrinin Bakıya səfəri iyunun 21-nə qədər davam edəcək.