Latviya prezidenti Bakıda baş verən yanğınla əlaqədar İlham Əliyevə başsağlığı verib
Xarici siyasət
- 19 may, 2015
- 19:53
Bakı. 20 may. REPORT.AZ/ Latviya prezidenti Andris Berzinış Bakıda yaşayış binasında baş verən yanğın hadisəsi ilə əlaqədar olaraq Azərbaycanın dövlət başçısı İlham Əliyevə başsağlığı məktubu göndərib.
"Report" Latviya prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, A.Berzinış öz məktubunda ölənlərin ailələrinə və qohumlarına dərin hüznlə başsağlığı verib, həmçinin zərərçəkənlərin tezliklə sağalmasını diləyib.
"Latviya bu günlərdə fikrən Azərbaycanın yanındadır", - deyə məktubda bildirilir.
Qeyd edək ki, paytaxtın Binəqədi rayonu ərazisində baş verən yanğın zamanı 14 nəfər ölüb, 54 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Son xəbərlər
14:05
"Çelsi" 25 yaşlı italiyalı Sandro Tonalinin transferini planlaşdırır
Futbol13:53
İran parlamentində xarici kəşfiyyat xidmətlərinin milli qurumlara sızması müzakirə olunacaq
Region13:32
DYP: Yuxusuz və yorğun halda sükan arxasına əyləşməkdən çəkinin
Hadisə13:26
Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb
Ekologiya13:14
Türkiyədə silah qaçaqmalçılığına qarşı əməliyyat keçirilib, 202 nəfər saxlanılıb
Region12:54
Rusiyanın Rostov vilayətində baş verən ağır yol qəzasında dörd nəfər ölüb
Region12:36
"Valensiya" azarkeşləri "Selta"ya məğlubiyyətdən sonra komandalarının avtobusunun pəncərəsini sındırıblar
Futbol12:31
İsveçrədə Kran-Montanadakı yanğında ölənlərlə bağlı milli matəm elan edilib
Digər ölkələr12:10