Koreyalı nazir: "Azərbaycanla ticarət və qarşılıqlı investisiyaların qoyulması sahələrində güclü inkişaf olacaq"

Koreyalı nazir: "Azərbaycanla ticarət və qarşılıqlı investisiyaların qoyulması sahələrində güclü inkişaf olacaq" Seulda 28 May - Respublika Günü qeyd olunub
Xarici siyasət
28 May , 2015 13:17
Koreyalı nazir: Azərbaycanla ticarət və qarşılıqlı investisiyaların qoyulması sahələrində güclü inkişaf olacaq

Bakı. 28 may. REPORT.AZ/ Azərbaycanın Koreyadakı səfirliyi 28 May - Respublika Günü və iki ölkə arasında diplomatik münasibətlərin yaranmasının 23-cü ildönümü münasibətilə Seulda rəsmi qəbul keçirib. 

Səfirlikdən "Report"a verilən xəbərə görə, tədbirdə çıxış edən səfir Rəmzi Teymurov 28 May - Respublika Gününün əhəmiyyəti barədə danışaraq Azərbaycan Demokratik Respublikasının tarixi və həmin dövrdə əldə olunmuş nailiyyətlər barədə məlumat verib.

Səfir həmçinin müasir Azərbaycan dövlətinin müstəqilliyini əldə etdiyi dövrdə üzləşdiyi çətinliklər, Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun ağır nəticələri barədə çıxış edərək ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi altında keçdiyi uğurlu inkişaf yolu barədə danışıb.

R.Teymurov Azərbaycan-Koreya münasibətlərinin əhəmiyyətini vurğulayaraq, iqtisadi, mədəni, siyasi, təhsil və digər sahələrdə münasibətlərin sürətlə inkişaf etdiyini və çoxsaylı yüksək səviyyəli səfərlərin həyata keçirildiyini bildirib.

Rəsmi qəbulda Koreya hökuməti adından çıxış edən nazir Yu Ki-Cun Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib. O deyib ki, iki ölkə yaxın keçmişdə bir çox çətinliklərlə üzləşmələrinə baxmayaraq, öz milli kimliklərini qoruyub saxlayıblar və bu gün tərəqqi və inkişaf yolunda inamla irəliləyirlər. 

Nazir Yu Ki-Cun Koreya və Azərbaycan arasında güclü tərəfdaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayaraq, növbəti illər ərzində ticarət və qarşılıqlı investisiyaların qoyulması sahələrində güclü inkişafın olacağına əminliyini bildirib.

Tədbir çərçivəsində həm də "Bakı 2015"in I Avropa Oyunlarının təqdimatı keçirilib.

Son xəbərlər

Orphus sistemi