​Karasin: "Rusiya, İran və Azərbaycanın XİN rəhbərlərinin görüşü planlaşdırılır"

​Karasin: "Rusiya, İran və Azərbaycanın XİN rəhbərlərinin görüşü planlaşdırılır" "Bəli, belə bir görüş planlaşdırılır, gəlin gözləyək"
Xarici siyasət
27 Mart , 2016 17:36
​Karasin: Rusiya, İran və Azərbaycanın XİN rəhbərlərinin görüşü planlaşdırılır

Bakı. 27 mart. REPORT.AZ/ Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Rusiya, İran və Azərbaycanın XİN rəhbərləri Sergey Lavrov, Cavad Zərif və Elmar Məmmədyarovun üçtərəfli görüşünün keçirilməsi planını təsdiq edib.

"Report" xəbər verir ki, bunu RİA "Novosti"yə Rusiya XİN rəhbərinin müavini Qriqori Karasin deyib.

"Bəli, belə bir görüş planlaşdırılır, gəlin gözləyək", — deyə o bildirib.

Karasin görüşün hansı tarixdə keçirilə biləcəyini açıqlamayıb.

Bir müddət əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Sergey Lavrovun Bakıya səfərinə hazırlıq işlərinin getdiyini xəbər vermişdi.

Son xəbərlər

Orphus sistemi