Karasin: "Azərbaycan, İran və Rusiya XİN başçılarının görüşündə neft məsələsi müzakirə oluna bilər"

Karasin: "Azərbaycan, İran və Rusiya XİN başçılarının görüşündə neft məsələsi müzakirə oluna bilər" Rusiya XİN başçısının müavini: "Üç xarici işlər naziri bir araya gələn zaman qadağan olunmuş mövzular olmur"
Xarici siyasət
1 Aprel , 2016 10:45
Karasin: Azərbaycan, İran və Rusiya XİN başçılarının görüşündə neft məsələsi müzakirə oluna bilər

Bakı. 1 aprel. REPORT.AZ/ "Rəsmi Moskva Azərbaycan, İran və Rusiyanın xarici işlər nazirlərinin görüşündə neft sektorundakı koordinasiyanın müzakirə oluna biləcəyini istisna etmir".

"Report" xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini, stats-katib Qriqori Karasin deyib.

"Üç xarici işlər naziri bir araya gələn zaman qadağan olunmuş mövzular olmur. Onlar görüş iştirakçılarına maraqlı olan bütün məsələləri müzakirə edə bilər", - deyə Q.Karasin bildirib.

Xatırladaq ki, daha əvvəl Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev görüş əsnasında ikitərəfli və üçtərəfli əməkdaşlıq layihələri, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və digər qarşılıqlı faydalı əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyini söyləmişdi.

Qeyd edək ki, Azərbaycan, İran və Rusiya XİN başçılarının görüşü aprelin 7-də Bakıda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi