İvanişvili: "Biz Azərbaycanla əlaqələri dərinləşdirəcəyik"

İvanişvili: "Biz Azərbaycanla əlaqələri dərinləşdirəcəyik" "Gürcüstan üçün xarici kurs və oriyentir - Avroatlantik istiqamətdir"
Xarici siyasət
30 May , 2016 17:13
İvanişvili: Biz Azərbaycanla əlaqələri dərinləşdirəcəyik

Bakı. 30 may. REPORT.AZ Gürcüstanın keçmiş baş naziri, "Gürcü arzusu" partiyasının təsisçisi Bidzina İvanişvili Azərbaycanla münasibətləri dərinləşdirməyə çağırıb.

"Report" "Sputnik-Qruziya"ya istinadən xəbər verir ki, bu barədə B.İvanişvilinin açıq məktubunda deyilir.

"Biz Gürcüstanın maraqlarına toxunmadan, Rusiya ilə münasibətləri normallaşdırmaq üçün əlimizdən gələni edəcəyik. Bundan başqa, biz mühüm partnyor və dostlarımız - Türkiyə, Azərbaycan və Ermənistanla əlaqələrimizi dərinləşdirəcəyik", - məktubda deyilir.

Keçmiş baş nazir vurğulayıb ki, Gürcüstan üçün xarici kurs və oriyentir - birmənalı olaraq Avroatlantik istiqamətdir. 

"Biz yaxşı anlamalıyıq ki, Gürcüstanın Avropa İttifaqına qəbulu məsələsi yaxın gələcəkdəki gündəlikdə yoxdur. Biz NATO-ya üzv olmaq üçün də müəyyən vaxt gözləməliyik, çünki bu mürəkkəb geosiyasi prosesin bir hissəsidir və bizim arzumuz və hazırlığımızdan asılı deyil", - B.İvanişvili yazır.

Son xəbərlər

Orphus sistemi