​İranlı nazir: "Azərbaycanla əlaqələrimizin genişlənməsinə məhdudiyyət yoxdur"

​İranlı nazir: "Azərbaycanla əlaqələrimizin genişlənməsinə məhdudiyyət yoxdur" Azərbaycanla İran arasında neft və qeyri-neft sahələrində ticarət dövriyyəsinin həcmi 1 milyard dollardan çoxdur
Xarici siyasət
14 İyun , 2016 15:21
​İranlı nazir: Azərbaycanla əlaqələrimizin genişlənməsinə məhdudiyyət yoxdur

Bakı 14 iyun. REPORT.AZ/ Xəzərdə neft sahəsi üzrə əməkdaşlıq, Tehran-Qəzvin-Rəşt dəmir yolunun salınması və təkmilləşdirilməsi kimi layihələrin icrası ön plana çıxmalıdır.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bu, Azərbaycanın sənaye və iqtisadiyyat naziri Şahin Mustafayevlə İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi arasındakı telefon danışığı zamanı vurğulanıb.

"İki ölkə rəsmilərinin müsbət baxışına əsasən, İranla Azərbaycan Respublikası arasında əlaqələrin genişlənməsinə məhdudiyyət yoxdur. Nəqliyyat, bank, Xəzər dənizində neftlə bağlı əməkdaşlıq, habelə Tehran-Qəzvin-Rəşt dəmir yolu xəttinin tikintisi, təkmilləşdirilməsi kimi layihələrin icrası ön plana çəkilməlidir", - deyə iranlı nazir bildirib.

Mahmud Vaezi İran prezidenti Həsən Ruhaninin yaxın zamanda Bakıya səfər edəcəyini də söyləyib.

İnformasiyaya görə, Azərbaycanla İran arasında neft və qeyri-neft sahələrində ticarət dövriyyəsinin həcmi 1 milyard dollardan çoxdur.

Son xəbərlər

Orphus sistemi