İran səfiri: "Azərbaycanı xoş xatirələrlə tərk edirəm"

İran səfiri: "Azərbaycanı xoş xatirələrlə tərk edirəm" "Bu illər ərzində İran və Azərbaycan qarşılıqlı etimad yarada və ikitərəfli münasibətləri inkişaf etdirə bildi"
Xarici siyasət
19 Sentyabr , 2016 15:40
İran səfiri: Azərbaycanı xoş xatirələrlə tərk edirəm

Bakı. 19 sentyabr. REPORT.AZ/ "Səfir olduğum dövrdə İranla Azərbaycan arasında 50 sənəd imzalanıb. İkitərəfli əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyinə və dərinləşəcəyinə ümid edirəm".

"Report" xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin mətbuat konfransında deyib.

Səfir İranın Azərbaycandakı səfiri vəzifəsində son mətbuat konfransında iştirak etdiyini bildirərək, sentyabr ayının 22-də Azərbaycanı tərk edəcəyini söyləyib.

"Azərbaycanı xoş xatirələrlə tərk edirəm. Səfir təyin olunduğum zaman münasibətlər ağır idi, iki ölkə arasında anlaşılmazlıq var idi. Amma bu illər ərzində İran və Azərbaycan qarşılıqlı etimad yarada və ikitərəfli münasibətləri inkişaf etdirə bildi. Hesab edirəm ki, ölkələr arasında mövcud münasibətlər ən yaxşı dövrünü yaşayır" - səfir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi