Prezident İlham Əliyev Giorgi Marqvelaşviliyə başsağlığı verib

Prezident İlham Əliyev Giorgi Marqvelaşviliyə başsağlığı verib Azərbaycan Prezidenti İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib.
Xarici siyasət
14 İyun , 2015 22:12
Prezident İlham Əliyev Giorgi Marqvelaşviliyə başsağlığı verib

Bakı. 14 İyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev gürcüstanlı həmkarı Giorgi Marqvelaşviliyə başsağlığı verib.

"Report" xəbər verir ki, başsağlığında deyilir: "Tbilisi şəhərində baş vermiş təbii fəlakət nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

Son xəbərlər

Orphus sistemi