Bakı. 8 sentyabr. REPORT.AZ/
"Üzv ölkələrin parlament seçkilərində GUAM Parlament Assambleyasının (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) müşahidəçilər qrupunun iştirakı ilə bağlı müəyyən təcrübəmiz var. Hesab edirəm ki, Azərbaycanda baş tutacaq parlament seçkiləri də istisna olmayacaq", - V.Çeçelaşvili bildirib.
O qeyd edib ki, GUAM digər üç iştirakçı ölklərdən iki-üç deputat daxil etməklə nümayəndə heyətini formalaşdırmaq niyyətindədir.
"Qrupun rəhbəri GUAM PA-nın prezidenti Anatoli Matviyenko olacaq. Mən qrupun tərkibində olacam, onlara kömək edəcəm, qrupun gördüyü işləri Azərbaycan Xarici İşlər Nazirliyi ilə koordinasiya edəcəm", - GUAM-ın baş katibi bildirib.