Bakı. 16 may. REPORT.AZ/ Kiyevdə Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın - GUAM-ın kibertəhlükəsizlik üzrə işçi qrupunun 4-cü iclası keçirilib.
"Report" təşkilatın saytına istinadən xəbər verir ki, iclasın gündəliyindəki məsələlərin müzakirəsi zamanı GUAM-a üzv bütün dövlətlərin nümayəndə heyətləri iştirak edib.
İclasda, həmçinin GUAM-a üzv dövlətlərin kibertəhlükəsizlik sahəsində qarşılıqlı əlaqənin aktual məsələləri müzakirə edilib, eləcə də bu sahədə anlaşma memorandumunun layihəsi razılaşdırılıb.
İşin yekunu olaraq qrup protokol qəbul edib. İşçi qrupun növbəti iclası 2016-cı ilin sentyabr-oktyabrında keçiriləcək.