GUAM ölkələri kibertəhlükəsizlik sahəsində anlaşma memorandumu layihəsiylə bağlı razılığa gəlib

GUAM ölkələri kibertəhlükəsizlik sahəsində anlaşma memorandumu layihəsiylə bağlı razılığa gəlib Kiyevdə GUAM-ın kibertəhlükəsizlik üzrə işçi qrupunun 4-cü iclası keçirilib
Xarici siyasət
16 May , 2016 10:24
GUAM ölkələri kibertəhlükəsizlik sahəsində anlaşma memorandumu layihəsiylə bağlı razılığa gəlib

Bakı. 16 may. REPORT.AZ/ Kiyevdə Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın - GUAM-ın kibertəhlükəsizlik üzrə işçi qrupunun 4-cü iclası keçirilib.

"Report" təşkilatın saytına istinadən xəbər verir ki, iclasın gündəliyindəki məsələlərin müzakirəsi zamanı GUAM-a üzv bütün dövlətlərin nümayəndə heyətləri iştirak edib.

İclasda, həmçinin GUAM-a üzv dövlətlərin kibertəhlükəsizlik sahəsində qarşılıqlı əlaqənin aktual məsələləri müzakirə edilib, eləcə də bu sahədə anlaşma memorandumunun layihəsi razılaşdırılıb.

İşin yekunu olaraq qrup protokol qəbul edib. İşçi qrupun növbəti iclası 2016-cı ilin sentyabr-oktyabrında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi