​Elmar Məmmədyarov Srqan Kərimlə Azərbaycanla BMT arasında əməkdaşlıq perspektivlərini müzakirə edib

​Elmar Məmmədyarov Srqan Kərimlə Azərbaycanla BMT arasında əməkdaşlıq perspektivlərini müzakirə edib Görüşdə həmçinin Azərbaycanla Makedoniya arasında ikitərəfli münasibətlər müzakirə edilib
Xarici siyasət
22 May , 2016 23:45
​Elmar Məmmədyarov Srqan Kərimlə Azərbaycanla BMT arasında əməkdaşlıq perspektivlərini müzakirə edib

Bakı. 22 May. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov 16-cı Doha Qlobal Forumu çərçivəsində BMT Baş Assambleyasının 62-ci sessiyasının prezidenti, Makedoniya Respublikasının keçmiş xarici işlər naziri Srqan Kərimlə görüşüb.

"Report" xəbər verir ki, Elmar Məmmədyarov BMT Baş məclisinin 62-ci sessiyasının prezidenti ilə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığının inkişafının perspektivlərini müzakirə edib.

Tərəflər həmçinin Azərbaycanla Makedoniya arasında ikitərəfli münasibətləri, qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi