Elmar Məmmədyarov Brüsselə yola düşüb

Elmar Məmmədyarov Brüsselə yola düşüb Nazir NATO-nun Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak edəcək
Xarici siyasət
19 May , 2016 18:09
Elmar Məmmədyarov Brüsselə yola düşüb

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov mayın 20-də Brüsseldə keçiriləcək NATO-nun Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Belçikaya yola düşüb.

Bu barədə "Report"a Azərbaycan XİN-dən məlumat verilib. 

Sözügedən iclasda nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi