Elman Abdullayev etimadnaməsini Keniya prezidentinə təqdim edib

Elman Abdullayev etimadnaməsini Keniya prezidentinə təqdim edib Prezident Uhuru Kenyatta Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb
Xarici siyasət
13 İyun , 2016 14:53
Elman Abdullayev etimadnaməsini Keniya prezidentinə təqdim edib

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev etimadnaməsini Keniya prezidenti Uhuru Kenyattaya təqdim edib.

Azərbaycanın Efiopiyadakı səfirliyindən "Report"a verilən məlumata görə, Keniya prezidenti ilə keçirilən görüşdə E.Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını çatdıraraq, Afrika qitəsinin aparıcı dövlətlərindən biri olan Keniya ilə ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensialın mövcud olduğunu və bu münasibətlərin yeni müstəviyə qaldırılması üçün ardıcıl səylərin göstəriləcəyini bildirib.

Prezident Uhuru Kenyatta Prezident İlham Əliyevə salam və ehtiramının çatdırılmasını xahiş edərək, Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi