Əli Əsədov və Cevdet Yılmaz arasında təkbətək görüş keçirilib

Əli Əsədov və Cevdet Yılmaz arasında təkbətək görüş keçirilib Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfəri çərçivəsində bu ölkənin vitse-prezidenti Cevdet Yılmazla ikitərəfli görüş keçirib.
Xarici siyasət
8 May , 2024 13:30
Əli Əsədov və Cevdet Yılmaz arasında təkbətək görüş keçirilib

Mayın 8-də Ankarada Azərbaycanın Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz arasında təkbətək görüş olub.

"Report"un Ankara bürosunun məlumatına görə, görüşdə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının və müttəfiqliyinin hərtərəfli inkişafında prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın səyləri xüsusi vurğulanıb.

Həmçinin, Ankara şəhərində keçiriləcək Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasının və birgə Biznes Forumun əhəmiyyəti qeyd olunub

Ə.Əsədovun rəsmi səfərinin Azərbaycan-Türkiyə münasibətlərinin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə edilib.

Görüşdə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi