Elçin Əmirbəyov İsrail XİN nümayəndəsi ilə Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Elçin Əmirbəyov İsrail XİN nümayəndəsi ilə Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İsrail Xarici İşlər Nazirliyinin (XİN) siyasi direktoru Aliza Bin-Nun ilə Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
Xarici siyasət
8 May , 2024 10:10
Elçin Əmirbəyov İsrail XİN nümayəndəsi ilə Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İsrail Xarici İşlər Nazirliyinin (XİN) siyasi direktoru Aliza Bin-Nun ilə Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə İsrail XİN-in nümayəndəsi Aliza Bin-Nun “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla səmimi görüşümüz oldu. Müzakirələr zamanı əsasən ikitərəfli və regional məsələlərə toxunulub, Cənubi Qafqaz və Yaxın Şərqdə cari hadisələrə xüsusi diqqət yetirilib”, - paylaşımda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi