“Əl-İttihad” qəzetində XIN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi haqqında məqalə dərc edilib

“Əl-İttihad” qəzetində XIN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi haqqında məqalə dərc edilib “Fəaliyyətdə olduğu dövr ərzində AİDA-nın göstərdiyi yardımlardan Asiya, Afrika və Latın Amerikasında 30-dan çox ölkə faydalanıb”
Xarici siyasət
16 Aprel , 2015 09:33
“Əl-İttihad” qəzetində XIN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi haqqında məqalə dərc edilib

Bakı. 16 aprel. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin “əl-İttihad” qəzetində Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq İnkişafa Yardım Agentliyi haqqında məqalə dərc edilib. Bu barədə “Report”a XİN-in mətbuat xidmətindən bildirilib.

Məqalədə deyilir: “Ehtiyacı olan insanlara yardım etmək Azərbaycan xalqının qədim zamanlardan ən böyük dəyərlərindən biridir və Azərbaycan iqtisadiyyatının sürətli və stabil inkişafı imkan verir ki, inkişaf etməkdə olan ölkələrdə baş verən təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması və əhalinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan xalqı tərəfindən bu ölkələrə yardım edilsin. 2011-ci ildə yaradılmış Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) də bu məqsədə xidmət edir”.

Məqalədə həmçinin qeyd olunur ki, yoxsulluğun aradan qaldırılması, səhiyyə, təhsil sahələrinin inkişafı, xəstəliklər və aclıqla mübarizədə dünya ölkələrinə dəstək olmaq Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı (BMT İP), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), İslam İnkişaf Bankı (İİB) və digər donor təşkilatları və agentlikləri ilə əməkdaşlıq edən AİDA-nın dünyəvi missiyasıdır. Fəaliyyətdə olduğu dövr ərzində AİDA-nın göstərdiyi yardımlardan Asiya, Afrika və Latın Amerikasında 30-dan çox ölkə faydalanıb. Həmçinin, məqalədə Agentliyin həyata keçirdiyi proqramlar sırasında Panamada baş vermiş aramsız yağışların və Kubada Sandi qasırğasının törətdiyi fəsadların aradan qaldırılması, Qəzza bölgəsində həyata keçirilmiş hərbi əməliyyatlar nəticəsində yaranmış ağır vəziyyətlə əlaqədar Fələstin xalqına humanitar yardım göstərilməsi, İordaniyada məskunlaşmış suriyalı qaçqınların həyat şəraitinin yaxşılaşdırılması, Pakistanın 10 şəhərində daşqından zərərçəkmiş 25000 əhaliyə humanitar yardım göstərilməsi, İslam Əməkdaşlıq Təşkilatına üzv olan 9 Afrika ölkəsində (Burkina Faso, Çad, Cibuti, Benin, Qvineya, Kamerun, Niger, Mali və Liviyada) həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası, Əfqanıstanda elektron hökumət sisteminin qurulmasına yardım göstərilməsi və xarici tələbələrə Azərbaycan universitetlərində təhsil almaq üçün təqaüd proqramı xüsusi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi