Con Kerri: Avropanın enerji təhlükəsizliliyinin təmin edilməsində Azərbaycanın rolunu dəstəkləyirik

Con Kerri: Avropanın enerji təhlükəsizliliyinin təmin edilməsində Azərbaycanın rolunu dəstəkləyirik ABŞ dövlət katibi 28 May - Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb
Xarici siyasət
27 May , 2015 05:57
Con Kerri: Avropanın enerji təhlükəsizliliyinin təmin edilməsində Azərbaycanın rolunu dəstəkləyirik

Bakı. 27 May. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerri 28 May - Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

"Report"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, məktubda qeyd olunur ki, Avropanın enerji təhlükəsizliliyinin təmin edilməsində Azərbaycan xüsusi rol oynayır və ABŞ rəsmi Bakının bu istiqamətdəki səylərini dəstəkləyir.

C.Kerri yazır ki, Cənub Qaz Dəhlizi Avropa qitəsində enerji mənbələrinin diversifikasiyası baxımından böyük əhəmiyyət kəsb edir: "Biz Azərbaycana bu istiqamətdə güclü dəstəyimizi davam etdiririk".

Məktubda daha sonra qeyd olunur ki, 97 il əvvəl Azərbaycanda müsəlman dünyasında ilk dəfə olaraq dünyəvi dövlət yaranıb. 1991-ci ildən sonra isə Bakı ilə Vaşinqton Azərbaycanın müstəqilliyinin təmin edilməsi istiqamətində əməkdaşlıq edir.

İki dövlət terrorçuluğa qarşı mübarizə ilə yanaşı NATO-nun Əfqanıstandakı missiyası çərçivəsində regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində tərəfdaşdır.

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair səylərini davam etdirir, transmilli təhlükələr və qanunun aliliyi prinsipinin bərqərar olmasına dəstək verir", - sənəddə vurğulanır.

Son xəbərlər

Orphus sistemi