Çexiya səfiri Gəncə və Goranboya səfər edəcək

Çexiya səfiri Gəncə və Goranboya səfər edəcək Səfər zamanı Çexiyanın Azərbaycanın regionları ilə əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq
Xarici siyasət
9 Aprel , 2015 10:18
Çexiya səfiri Gəncə və Goranboya səfər edəcək

Bakı. 9 aprel. REPORT.AZ/ Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka aprelin 9-10-da Gəncə və Goranboya ilk işgüzar səfər edəcək. Çexiya səfirliyindən "Report"a bildiriblər ki, səfər zamanı Gəncə şəhəri icra hakimiyyətinin başçısı Elmar Vəliyev və Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevlə görüşlər nəzərdə tutulub. Həmin görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq

Səfir, həmçinin Çexiyanın Liditsa şəhərində törədilən soyqırımı qurbanlarının xatirəsinə küçənin olduğu və abidənin inşa edildiyi Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsinə də gedəcək. 

Son xəbərlər

Orphus sistemi