Belçikanın Azərbaycandakı səfiri Gəncədə səfərdədir

Belçikanın Azərbaycandakı səfiri Gəncədə səfərdədir Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mişel Pitersman Gəncə şəhərində səfərdədir.
Xarici siyasət
9 İyun , 2022 17:18
Belçikanın Azərbaycandakı səfiri Gəncədə səfərdədir

Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mişel Pitersman Gəncə şəhərində səfərdədir.

"Report"un Qərb bürosunun məlumatına görə, səfər çərçivəsində səfir Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.

Mişel Pitersman vurğulayıb ki, Belçika-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi, gələcək əməkdaşlığın və dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək.

Görüşdə texnologiyalar, kənd təsərrüfatı, təhsil, mədəniyyət və başqa sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, səfir səfər çərçivəsində Gəncə şəhərində fəaliyyət göstərən bir sıra ali təhsil ocaqlarını və sənaye müəssisələrini ziyarət edəcək.

Son xəbərlər

Orphus sistemi