Baş nazir: “Gürcüstan-Azərbaycan qardaşlıq və dostluğunu yüksək qiymətləndiririk”

Baş nazir: “Gürcüstan-Azərbaycan qardaşlıq və dostluğunu yüksək qiymətləndiririk” “Azərbaycan Gürcüstanın yalnız qonşusu deyil, həm də qardaş xalq və dost dövlətdir. Gürcüstan Azərbaycanla mövcud olan qardaşlıq və dostluğu yüksək qiymətləndirir”.
Xarici siyasət
22 İyul , 2022 13:00
Baş nazir: “Gürcüstan-Azərbaycan qardaşlıq və dostluğunu yüksək qiymətləndiririk”

“Azərbaycan Gürcüstanın yalnız qonşusu deyil, həm də qardaş xalq və dost dövlətdir. Gürcüstan Azərbaycanla mövcud olan qardaşlıq və dostluğu yüksək qiymətləndirir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə keçirdiyi görüşdə deyib.

O, QMİ sədrini Gürcüstanda görməkdən şad olduğunu qeyd edərək ona böyük ehtiramını ifadə edib:

“Bizim üçün sizi Gürcüstanda qəbul etmək böyük şərəfdir. Xatırlayıram, sizinlə bir neçə il öncə görüşmüşük, bizim çox yaxşı söhbətimiz olub. Şadam ki, bu gün siz Tbilisidə bizə yenidən baş çəkmisiniz”.

Hökumət başçısının sözlərinə görə, Gürcüstan və Azərbaycan arasında bütün istiqamətlər üzrə yüksək nəticələr və konkret irəliləyişlər mövcuddur:

“Bizim çox yaxşı münasibətlərimiz var və sizin səfəriniz bu qardaşlıq və sevginin sübutudur. Sizin II İlya həzrətləri ilə xüsusi dostluğunuzun olması məni xüsusilə sevindirir və sizin ona xüsusi ehtiramınızı da bilirəm”.

Son xəbərlər

Orphus sistemi