Baş konsul: "Bu gün 260-dan çox Azərbaycan şirkəti BƏƏ-də qeydiyyatdan keçib"

Baş konsul: "Bu gün 260-dan çox Azərbaycan şirkəti BƏƏ-də qeydiyyatdan keçib" BƏƏ Azərbaycanda beşinci nəhəng xarici investordur
Xarici siyasət
21 Oktyabr , 2015 10:49
Baş konsul: Bu gün 260-dan çox Azərbaycan şirkəti BƏƏ-də qeydiyyatdan keçib

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasındakı münasibətlər bu gün heç vaxt olmadığı qədər güclüdür".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Dubaydakı baş konsulu Pərviz İsmayılzadə "The National" nəşrinə müsahibəsində deyib.

"Hazırda Azərbaycanın 263 şirkəti BƏƏ-də qeydiyyatdan keçib. Onların fəaliyyət sferası genişdir - neft xidmətləri, daşınmaz əmlak, maliyyə və tikinti", - P.İsmayılzadə bildirib.

O qeyd edib ki, BƏƏ Azərbaycanda beşinci nəhəng xarici investordur. Bu ölkədən respublikaya istehlak məhsulları və tikinti avadanlıqları idxal olunur. İdxal olunan məhsullar Fars körfəzi vasitəsilə həyata keçirilir. Bu sektorda isə BƏƏ Azərbaycan iqtisadiyyatının planlı diversifikasiyasına dəstək məqsədilə öz təcrübəsini paylaşa bilər.

Baş konsul BƏƏ-nin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu xatırladıb. P.İsmayılzadə vurğulayıb ki, 2006-cı ildən etibarən Azərbaycan-BƏƏ hökumətlərarası komissiya daim ticarət və iqtisadi əlaqələrin inkişafı üzərində işləyir.

Diplomat Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Dubayın əmiri Şeyx Məhəmməd bin Rəşid Al Maktumun rəsmi səfəri zamanı əldə edilən razılaşmaları xatırladaraq qeyd edib ki, bu il biznes və kommersiya sahələrində yüksək fəallıqla əlamətdar olub.

Son xəbərlər

Orphus sistemi