​Baş katib: "Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanla tərəfdaş statusuna dair memorandum imzalamağa hazırdır"

​Baş katib: "Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanla tərəfdaş statusuna dair memorandum imzalamağa hazırdır" Sənəd artıq 2016-cı ildə imzalana bilər
Xarici siyasət
28 Dekabr , 2015 23:40
​Baş katib: Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanla tərəfdaş statusuna dair memorandum imzalamağa hazırdır

Bakı. 28 dekabr. REPORT.AZ/ Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Azərbaycana dialoq üzrə tərəfdaş statusu verməyə dair memorandum imzalamağa hazırdır.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ŞƏT-in baş katibi Dmitri Mezentsev bildirib.

D.Mezentsev Rusiyanın xarici işlər naziri Sergey Lavrova "başa çatmaqda olan ildə ŞƏT-də həll olunan mühüm məsələlər" barədə məlumat verdiyini deyib:

"Bəli, qeyd olundu ki, müşahidəçilər ilə qarşılıqlı fəaliyyət üzrə yeni səviyyəyə nail olunub. Buna Çjençjouda (Çin) "6+6" formulu üzrə hökumət rəhbərlərinin görüşü mühüm misal ola bilər. Burada müşahidəçi statusu alan Belarus ilk dəfə ümumi müzakirələrdə bərabərhüquqlu səviyyədə iştirak edib. Mən naziri başa çatmaqda olan işlər və gələn ilin əvvəlində Azərbaycan, Ermənistan və Nepala dialoq üzrə tərəfdaşlıq statusunun verilməsinə dair memorandumları imzalamağa hazır olduğumuz barədə məlumatlandırdım".

Son xəbərlər

Orphus sistemi