Bakıda İSESKO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 36-cı iclası keçiriləcək

Bakıda İSESKO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 36-cı iclası keçiriləcək İSESKO-ya üzv ölkələrin nazirləri növbəti üç il üçün təşkilatın fəaliyyətini müzakirə edəcək
Xarici siyasət
21 Noyabr , 2015 10:59
Bakıda İSESKO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 36-cı iclası keçiriləcək

Bakı. 21 noyabr. REPORT.AZ/ Noyabrın 26-27-də Bakıda təhsil, elm və mədəniyyət üzrə İslam təşkilatının (İSESKO) 12-ci Baş Konfransı keçiriləcək.

"Report" təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında keçiriləcək 12-ci Baş Konfransın gedişində iştirakçılar növbəti üç il üçün təşkilatın fəaliyyətini, İSESKO-nun büdcə məsələsini müzakirə edəcək. Eyni zamanda, üçillik (2016-2018) fəaliyyət planının qəbul ediləcəyi, eləcə də təşkilatın baş direktoru seçiləcəyi gözlənilir.

Qeyd edək ki, Baş Konfrans hər üç ildən bir keçirilir. Onun işində təşkilata üzv dövlətlərin İSESKO səlahiyyətlərinə aid sahələrdə çalışan nazirləri iştirak edir. Əvvəlki görüş 2012-ci ildə Ər-Riyad şəhərində (Səudiyyə Ərəbistanı) keçirilib.

12-ci Baş Konfransdan öncə isə Bakıda noyabrın 23-24-də İcraiyyə Şurasının 36-cı sessiyası keçiriləcək. Görüşdə iştirakçılar 2016-18-ci illər üçün fəaliyyət planı və büdcə layihəsini, baş direktorun 2014-cü ildəki hesabatını və digər məsələləri müzakirə edəcək.

Son xəbərlər

Orphus sistemi