Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Malayziyanın “Petroliam Nasional Berhad” şirkəti arasında neft və qaz sektorunda əməkdaşlıq üzrə Anlaşma Memorandumunu ARDNŞ prezidenti Rövnəq Abdullayev və “Petroliam Nasional Berhad” şirkətinin prezidenti və baş icraçı direktoru Tan Sri Dato Şamsul Azhar Abbas imzalayıblar.
Azərbaycan Respublikası Hökuməti (Xarici İşlər Nazirliyinin “ADA” Univestiteti tərəfindən təmsil olunur) və Malayziya Hökuməti (Xarici İşlər Nazirliyinin Diplomatiya və Xarici Əlaqələr İnstitutu tərəfindən təmsil olunur) arasında diplomatların təlimi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumunu Azərbaycanın xarici işlər nazirinin müavini və “ADA” Universitetinin rektoru Hafiz Paşayev, Malayziyanın Xarici İşlər Nazirliyinin Diplomatiya və Xarici Əlaqələr İnstitutunun baş direktoru Dato Hussin Nayan imzalayıblar.