Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) deputatları Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) payız sessiyasında iştirak etmək üçün sentyabrın 28-dən oktyabrın 4-dək Strasburqda səfərdə olacaqlar.
Bu barədə “Report”a MM-dən məlumat verilib.
Azərbaycan nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rövşən Rzayev, Rafael Hüseynov, Qənirə Paşayeva, Sahibə Qafarova, Fazil Mustafa və Sabir Hacıyev daxildir.
Qeyd edək ki, AŞPA-nın növbəti sessiyası sentyabrın 29-dan oktyabrın 3-dək Strasburqda keçiriləcək.