​Azərbaycan nümayəndə heyəti AŞPA-nın payız sessiyasında iştirak edəcək

​Azərbaycan nümayəndə heyəti AŞPA-nın payız sessiyasında iştirak edəcək AŞPA-nın növbəti sessiyası Strasburqda sentyabrın 29-dan oktyabrın 3-dək keçiriləcək
Xarici siyasət
26 Sentyabr , 2014 18:00
​Azərbaycan nümayəndə heyəti AŞPA-nın payız sessiyasında iştirak edəcək

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) deputatları Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) payız sessiyasında iştirak etmək üçün sentyabrın 28-dən oktyabrın 4-dək Strasburqda səfərdə olacaqlar.

Bu barədə “Report”a MM-dən məlumat verilib.

Azərbaycan nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rövşən Rzayev, Rafael Hüseynov, Qənirə Paşayeva, Sahibə Qafarova, Fazil Mustafa və Sabir Hacıyev daxildir.

Qeyd edək ki, AŞPA-nın növbəti sessiyası sentyabrın 29-dan oktyabrın 3-dək Strasburqda  keçiriləcək.

Son xəbərlər

Orphus sistemi