XİN Azərbaycanın idman jurnalistlərinin viza işinin sadələşdirilməsinə köməklik göstərəcək

XİN Azərbaycanın idman jurnalistlərinin viza işinin sadələşdirilməsinə köməklik göstərəcək E.Məmmədyarov: "Problem olsa, AFFA vasitəsilə bizə müraciət edin"
Xarici siyasət
29 Avqust , 2016 22:19
XİN Azərbaycanın idman jurnalistlərinin viza işinin sadələşdirilməsinə köməklik göstərəcək

Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycann Xarici İşlər Nazirliyi idman jurnalistlərinin viza işinin sadələşdirilməsinə köməklik göstərəcək.

"Report" xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov üzvü olduğu AFFA İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlər üçün keçirilən brifinqdə deyib.

"Problem yoxdur. Problem olsa, AFFA vasitəsilə bizə müraciət edin, hərtərəfli kömək edərik", - deyə nazir "Qarabağ" və "Qəbələ"nin Avroliqanın qrup mərhələsinə çıxması səbəbindən səfər oyunlarına yollanacaq idman jurnalistləri üçün viza məsələsinin sadələşdirilməsinin mümkün olub-olmaması ilə bağlı suala cavab verərkən bildirib.

Son xəbərlər

Orphus sistemi