Azərbaycanın XİN başçısı Qazaxıstana təşəkkür edib

Azərbaycanın XİN başçısı Qazaxıstana təşəkkür edib Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana Ermənistanla sülh danışıqlarına verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Xarici siyasət
10 May , 2024 15:19
Azərbaycanın XİN başçısı Qazaxıstana təşəkkür edib
Ceyhun Bayramov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana Ermənistanla sülh danışıqlarına verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısının “X” sosial şəbəkəsindəki hesabında qeyd edilib.

“Almatıda Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh danışıqlarının aparılmasında əvəzsiz köməyə görə Qazaxıstana və Baş nazirin müavini, xarici işlər naziri Murat Nurtleuya minnətdarlığımı bildirirəm. Azərbaycan regionda sabitliyin və təhlükəsizliyin, sülh prosesində irəliləyişə nail olunması üçün səylərini davam etdirəcək”, - paylaşımda qeyd edilib.

Xatırladaq ki, bu gün Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar başlayıb. Onlar ölkələr arasında sülh müqaviləsinin hazırlanması ilə bağlı müzakirələr aparacaqlar.

Daha əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistanın Almatıda xarici işlər nazirləri səviyyəsində danışıqların aparılmasına dair razılaşmasını alqışlayıb və bu görüşü simvolik adlandırıb.

Son xəbərlər

Orphus sistemi