Azərbaycan səfiri Ukraynanın keçmiş prezidenti ilə görüşüb

Azərbaycan səfiri Ukraynanın keçmiş prezidenti ilə görüşüb Kuçma Bakıya səfər etmək arzusunda olduğunu bildirib
Xarici siyasət
27 Noyabr , 2014 17:45
Azərbaycan səfiri Ukraynanın keçmiş prezidenti ilə görüşüb
Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycanın Ukraynadakı səfir Eynulla Mədətli bu ölkənin keçmiş prezidenti Leonid Kuçma ilə görüşüb. Bu barədə "Report"a səfirlikdən məlumat verilib.

Görüşdə səfir Azərbaycanın pezidenti İlham Əliyevin 18 oktyabr – Azərbaycan Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrikə görə Leonid Kuçmaya ünvanladığı təşəkkür məktubunu, eyni zamanda britaniyalı yazıçı Graeme Vilsonun ümummilli lider Heydər Əliyevə həsr etdiyi “HEYDAR. The rise and fall and rise again of Heydar Aliyev and Azerbaijan” (Heydər Əliyev və Azərbaycanın qalxışı, enişi və yenidən qalxışı) kitabını təqdim edib. 

Görüş zamanı Leonid Kuçma bir daha Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının həyatında həlledici rol oynadığını vurğulayıb, onun siyasətinin Azərbaycanın prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Səfir Eynulla Mədətli  İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan quruculuq işləri, regionda həyata keçirilən layihələr barəsində Ukraynanın keçmiş Prezidentinə məlumat verib. Görüşdə Ukraynada yaranmış siyasi-iqtisadi vəziyyəti müzakirə olunub, Azərbaycan-Ukrayna münasibətlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Leonid Kuçma uzun zamandır ki, Azərbaycanda olmadığını, lakin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan geniş quruculuq işlərini izlədiyini və Bakıya səfər etmək arzusunda olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi