Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Bolqarıstana səfər edəcək

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Bolqarıstana səfər edəcək Bolqarıstanın ətraf mühit və su naziri Azərbaycan səfiri ilə görüş keçirib
Xarici siyasət
29 Aprel , 2016 09:42
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Bolqarıstana səfər edəcək

Bakı. 29 aprel. REPORT.AZ/ Bolqarıstanın ətraf mühit və su naziri İvelina Vasilyeva Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova ilə görüş keçirib.

"Report" Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, görüşün məqsədi Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun iyunun 27-30-da reallaşacaq Bolqarıstan səfəri üçün hazırlıq işlərini müzakirə etmək olub.

Görüşdə tərəflər, həmçinin tullantıların idarə olunması, xüsusi qorunan təbii ərazilər, iqlim dəyişikliyi və karbohidrogenlərin hasilatı üzrə dəniz layihələrinin ekoloji aspektləri kimi qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.

Son xəbərlər

Orphus sistemi