Azərbaycanın birinci xanımı Bolqarıstan şəhərinin fəxri vətəndaşı seçilib

Azərbaycanın birinci xanımı Bolqarıstan şəhərinin fəxri vətəndaşı seçilib Mehriban Əliyeva bu ada Bolqarıstanın qədim paytaxtının mədəni-tarixi irsinin qorunması və təbliğinə verdiyi töhfələrə görə layiq görülüb
Xarici siyasət
25 Avqust , 2016 18:34
Azərbaycanın birinci xanımı Bolqarıstan şəhərinin fəxri vətəndaşı seçilib

Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva "Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı" adına layiq görülüb.

"Report" Bolqarıstan KİV-inə istinadən xəbər verir ki, Mehriban Əliyeva bu ada şəhər meri Daniel Panovun təklifi və şəhər bələdiyyə şurasının qərarı əsasında Bolqarıstanın qədim paytaxtının mədəni-tarixi irsinin qorunması və təbliğinə verdiyi töhfələrə görə layiq görülüb.

Qeyd edilib ki, Heydər Əliyev Fondu orta əsrlərə aid olan və bu il sentyabrın 22-dən turistik marşrutlar siyahısına daxil ediləcək "Trapezitsa" qalasının sosiallaşması layihəsi üçün 2,5 milyon lev hədiyyə edib. 

Son xəbərlər

Orphus sistemi