Elmar Məmmədyarov Qazaxıstanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Elmar Məmmədyarov Qazaxıstanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib Görüş zamanı iki ölkə arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunub
Xarici siyasət
3 Aprel , 2015 18:50
Elmar Məmmədyarov Qazaxıstanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanın Azərbaycandakı səfiri Amangeldi Jumabayevi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. 

XIN-dən "Report"a verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakıəməkdaşlıqdan məmnunluq ifadə olunub, iqtisadi-ticarət və tranzit sahəsində əlaqələrinin inkişafında olan irəliləyişlər xüsusilə qeyd olunub.

Səfir Amangeldi Jumabayev diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov səfir Amangeldi Jumabayevə gələcək fəaliyyətində uğurlar arzu edib.

Son xəbərlər

Orphus sistemi