Azərbaycan və Yaponiya parlamentlərarası əlaqələrin inkişafını müzakirə edib

Azərbaycan və Yaponiya parlamentlərarası əlaqələrin inkişafını müzakirə edib Azərbaycan səfiri Yaponiyanın Məsləhətçilər Palatasının yeni seçilmiş üzvü ilə görüşüb
Xarici siyasət
16 Sentyabr , 2016 09:59
Azərbaycan və Yaponiya parlamentlərarası əlaqələrin inkişafını müzakirə edib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə adıçəkilən ölkənin Məsləhətçilər Palatasının (parlamentin yuxarı palatası) yeni seçilmiş üzvü Asahi Kentaro ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycanın Yaponiyadakı səfirliyindən məlumat verilib.

Məlumata əsasən, tərəflər parlamentlərarası əlaqələrin inkişafını, eləcə də müxtəlif sahələrdə, o cümlədən idman sferasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi