Yuxarı

Azərbaycan və Yaponiya parlamentlərarası əlaqələrin inkişafını müzakirə edib

Azərbaycan səfiri Yaponiyanın Məsləhətçilər Palatasının yeni seçilmiş üzvü ilə görüşüb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə adıçəkilən ölkənin Məsləhətçilər Palatasının (parlamentin yuxarı palatası) yeni seçilmiş üzvü Asahi Kentaro ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycanın Yaponiyadakı səfirliyindən məlumat verilib.

Məlumata əsasən, tərəflər parlamentlərarası əlaqələrin inkişafını, eləcə də müxtəlif sahələrdə, o cümlədən idman sferasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi